Birləşmiş Ərəb Əmirliklərinin “Yas Marina” trassının konfiqurasiyası dəyişdirilib.

Məhz bu dəyişiklikdən sonra yarış zamanı bolidlərin sürətinin 10-15 saniyə artacağı gözlənilir. Layihəni həyata keçirən “Driven İnternational” şirlətinin icraçı direktorunun sözlərinə görə, simulyatorlarla təcrübə apardıqdan sonra belə bir dəyişiklik etmək qərarına gəliblər. O, DRS sistemi və bolidlərinin bir-birindən fərqli olmasından asılı olmayaraq bütün yarış maşınlarının sürətinin artacağını söyləyib.